Accessibility links

Azərbaycanın mötəbər qurumda fəaliyyəti dayandırıldı


Ölkədə vətəndaş cəmiyyətinin pis vəziyyətinə görə Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) fəaliyyəti dayandırılıb. Qərar Azərbaycanın təşəbbüs qaydalarına riayət etmədiyi üçün verilib.

"İdarə Heyətinin cavabı vətəndaş cəmiyyətinin və bu qlobal multi-tərəfli təşəbbüsdə cavabdehlik naminə ictimai dialoqun mərkəzi önəmini vurğulayır", qurumun yaydığı bəyanatda bildirilir.

İdarə Heyətinin cavabı vətəndaş cəmiyyətinin və bu qlobal multi-tərəfli təşəbbüsdə cavabdehlik naminə ictimai dialoqun mərkəzi önəmini vurğulayır.

Tələb olunub ki, Azərbaycan vətəndaş cəmiyyətinə qanuni və de fakto mühit yaratmalı, vətəndaş cəmiyyəti təşkilatlarının fondlara azad çıxışını təmin etməli, açıq ictimai debatlara şərait yaratmalı və qanunsuz həbs edilənləri azad etməlidir. Deyilib ki, REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsi doğru yolda atılan addım kimi qitmətləndirilə bilər.

"2016-cı ilin oktyabrında MŞST müəyyən etmişdi ki, Azərbaycan MSŞT-nin vətəndaş cəmiyyətilə təmas tələblərinə riayət etməyib və nöqsanları aradan qaldırmaq üçün konkret addımlar atmaq həvalə olunub. Hökumətin həmin addımları atmaması bu günkü qərarla nəticələnib."

Toplantıda iştirak edən Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu daha əvvəl Facebook səhifəsində yazıb ki, martın 8-də beynəlxalq idarə heyəti Tacikistan, Solomon Adaları və Qırğızıstanın fəaliyyətinı dayandırmaqla bağlı qərar qəbul edib.

İbadoğlunun fikrincə, Azərbaycandakı durumunun müzakirəsi toplantının ən mürəkkəb müzakirəsidir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Çünki, bu məsələdə ölkələr və şirkətlərin maraqları müxtəlifdir. İdarə Heyəti üzvlərinə təqdim olunmuş son hesbatda göstərilir ki, hazırda MSŞT 51 ölkədə tətbiq olunur. Bu təşəbbüsün tətbiqində ən böyük çətinliklər Azərbaycanda, Əfqanıstanda, Mərkəzi Afrika Respublikasında, Indonesiyada, Myanmarda, Solomon Adalarında, Tanzaniyada, Tacikistanda, Timor-Lest və Yəməndə müşahidə olunur”, o qeyd edib.

Xatırladaq ki, Azərbyacanda Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasına 150-dən çox QHT daxilidr. Bu QHT-lər arasında firkir ayrılığı var. Bir qrup QHT Azərbaycanın “Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün islahedici planını yerinə yetirdiyi, digər qrup QHT isə tam yerinə yetirilmədiyi ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycan 2015-ci il aprelin 15-də Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüsündə tam hüquqlu üzv statusunu itirib. Ona növbəti 1 il müddətində icra üçün islahedici plan təklif olunub.

2016-cı ilin oktyabrında MŞST müəyyən etmişdi ki, Azərbaycan MSŞT-nin vətəndaş cəmiyyətlərilə təmas tələblərinə riayət etməyib və nöqsanları aradan qaldırmaq üçün konkret addımlar atmaq həvalə olunub.

Ötən ilin sonlarında təşkilatın rəhbərləri Bakıya səfəri zamanı bildirilib ki, QHT-lərin problemlərinin həllinə başlanılıb. QHT rəhbərlərinin və üzvlərinin ölkədən çıxışı və ölkəyə dönüşü zamanı qarşılaşdıqları sərhəd yoxlamaları dayandırılıb, üzv təşkilatların bank hesablarından həbslər götürülüb və əvvəllər qeydiyyatından imtina edilmiş bir sıra qrant müqavilələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Bununla yanaşı, koalisiyaya daxil olan QHT-lərin bir qismi hesab edir ki, atılan addımlar davamlı və sistemli olmadığına görə vətəndaş cəmiyyətinin problemləri tam həllini tapmayıb.

Mehman Hüseynov qondarma ittihamlara həbs olunan son jurnalistlərdən biri sayılır.
Mehman Hüseynov qondarma ittihamlara həbs olunan son jurnalistlərdən biri sayılır.

Bəzi təşkilatların qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyata alınmadığına görə onların bank hesablarından istifadəyə tətbiq olunan qadağalar hələ də qüvvədədir. Koalisiyanın bir neçə üzvü həbsdədir.

QHT-lərin fəaliyyətini tənzimləyən qanun və normativ sənədlərdə son illər ərzində edilən məhdudlaşdırıcı xarakterli əlavə və dəyişikliklərdən sonra hüquqi mühit daha da pisləşib.

XS
SM
MD
LG