Accessibility links

"Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühitdən narahatıq"


Azərbaycanda parlament seçkiləri. 1 noyabr, 2015.
Azərbaycanda parlament seçkiləri. 1 noyabr, 2015.

Noybarın 1-də Azərbaycanda parlament seçkiləri keçirildi. Təəssüf ki, Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (ATƏT/DTIHB) ölkəyə lazımi miqdarda müşahidəçi göndərməyə icazə vermədi və bu üzdən DTİHB seçkiləri müşahidə edə bilmədi.

ATƏT-in iştirakı olmadan “fundamental azadlıqlara qoyulan məhdudiyyətlərlə bağlı ötən seçkilərdəki müşahidə tövsiyələri üzərində Azərbaycanın proqres əldə edib-etmədiyini demək qeyri-mümkündür,” deyə ABŞ Dövlət Departamenti Mətbuat Əlaqələri İdarəsinin direktoru Elizabeth Trudeau bildirib.

Birləşmiş Ştatlar Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühitlə bağlı narahat qalmaqda davam edir, və Azərbaycan hökumətini dinc toplaşma, assosiasiya azadlıqlarına, habelə beynəlxalq öhdəliklərinin tərkib hissəsi olaraq media da daxil olmaqla müstəqil səslərə hörmət etməyə çağırır. Birləşmiş Ştatlar güclü, stabil, demokratik və firavan gələcək naminə Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlığa sadiqdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG