Accessibility links

Vaşinqtonda Azərbaycanın Respublika Günü qeyd edilib [Video]


ABŞ paytaxtı Vaşinqtonda Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Birləşmiş Ştatlar administrasiyasının yüksək səviyyəli rəsmiləri, Konqres üzvləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, Azərbaycan, Türk, icmalarının üzvləri iştirak edib.

Tədbir Amerika Birləşmiş Ştatları və Azərbaycanın milli himnləri ilə açıldı. Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 97 il bundan əvvəl müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətinin qurulmasının əhəmiyyətini qeyd etdi. O, irqindən, dinindən və cinsindən asılı olmayaraq ayrıseçklikdən azad bir respublika quran Azərbaycan xalqının amerikalılarla oxşar istəklər və dəyərləri bölüşdüyünü vurğuladı. Səfir Elin Süleymanov müstəqilliyini bərpa etmiş Azərbaycanın ABŞ və başqa ölkələrlə dostluq və güclü tərəfdaşlıq münasibətləri yarada bildiyini və bu münasibətlərdən bəhrələndiyini bildirdi.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan xalqına Respublika günü münasibətilə təbriklərini çatdırdı. O, Qarabağ problemini də vurğulayaraq, münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını arzuladı.

Vaşinqton bələdiyyəsinin nümayəndəsi Vaşinqton şəhərinin meri Muriel Elizabeth Bowserin Azərbaycanın Respublika günü münasibətilə təbrikini oxuyaraq, sənədi səfir Elin Süleymanova təqdim etdi. Fərmanda 1918-cu il mayın 28-də yaranmış müsləman şərqində ilk parlamentar respublika olan Azərbaycanın Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən tanınması, Azərbaycan və ABŞ arasında qurulmuş möhkəm əlaqələrin durmadan genişlənməsi ilə ölkənin beynəlxalq təhlükəsizliyə töhfə verməsi kimi faktlar göstərildi.

Tədbirdə iştirak edən Vaşinqtonda yaşayan azərbaycanlılar Respublika günü ilə bağlı ürək sözlərini Amerikanın Səsi ilə bölüşdülər.

Tədbir Azərbaycan musiqiləri, rəqslər və ziyafətlə başa çatdı.

XS
SM
MD
LG