Accessibility links

Dmitri Medvedev: Rusiya üçün Azərbaycan və Ermənistanla münasibətlər eyni dərəcədə vacibdir


Dmitri Medvedyev və İlham Əliyev

Dmitri Medvedyev və İlham Əliyev

Rusiya üçün Azərbaycan və Ermənistanla münasibətlər eyni dərəcədə vacibdir.

Tass-ru nun məlumatına görə bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.

O qeyd edib ki, Moskva və Bakı arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf edir, “ölkələrimizin iqtisadi, humanitar sahələrdə çoxlu layihələri var, siyasi məsələlər var”.

“Görünür, indiki səfərdən bu məqsədlər üçün istifadə etmək lazımdır. Əlbəttə, indi vəziyyət o qədər də asan deyil, təəssüf ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi kəskinləşib. Açığı deyim ki, bu vəziyyət bizi çox narahat edir. Bizim üçün hər iki dövlətlə əməkdaşlıq olduqca vacibdir. Eyni zamanda biz Minsk Qrupunun iştirakçısı, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Birləşmiş Millətlər Təşkilatı səviyyəsində müəyyən edilmiş yanaşmalara sadiqik”, - Medvedyev vurğulayıb.

O, Qarabağ münaqişəsində davamlı sülhün bərqərar olunmasına ümid etdiyini bildirib. Baş nazirin sözlərinə görə, Rusiya Federasiyası nizamlanma üçün hər şeyi edəcək.

XS
SM
MD
LG