Accessibility links

Amnesty International Azərbaycanda seçkiqabağı vəziyyətdən narahatdır


Amnesty International Azərbaycanda prezident seçkiləri kampaniyalarının ölkədə 14 vicdan məhbusunun olduğu bir vaxt başladığını bildirib.

Amnesty International-ın Avropa və Orta Asiya məsələri üzrə direktoru Con Dalhuysen deyib ki, prezident Əliyev seçicilərin səsi uğrunda gərgin iş aparır. “Hökumət onunla razılaşmayanları sadəcə olaraq susdurur. Seçkiqabağı kampaniyalar tənqidi səslərin boğulması, son dərəcə ədalətsiz yarış meydanının yaradılması ilə aparılır.”

İlham Əliyev hökuməti gənc siyasi fəalları qondarma ittihamlarla həbs edir
İlham Əliyev hökuməti gənc siyasi fəalları qondarma ittihamlarla həbs edir
Açıqlamada Amnesty International qondarma ittihamlarla həbs olunan siyasi fəalların başına gələnləri nəql edir. Son aylar ərzində həbs olunanlar sırasında Daşqın Məlikov, İlkin Rüstəmzadə və N!DA gənclər hərəkatının liderləri xüsusi qeyd edilir.

AXCP-nin 22 yaşlı fəalı Daşqın Facebook-da yumoristik Heydər Əliyev səhifəsi açmışdı. Martın 26-da heç bir izahat olmadan Sumqayıt polisi onun evinə gələrək həbs etdi. İyulun 3-də gənc Daşqın narkotik maddə gəzdirmək ittihamı ilə iki il yarım azadlıqdan məhrum edildi.

Hökumət onunla razılaşmayanları sadəcə olaraq susdurur.
İlham Əliyev hökumətinin başlatdığı həbs dalğasının başqa qurbanı İlkin Rüstəmzadədir ki, o, "xuliqanizm" ittihamı ilə həbs olunub. Belə məlum olur ki, Azərbaycan baş prokurorluğu ictimai yerdə təşkil olunan rəqs nömrəsini xuliqanlıq hesab edir. Həmin maddəyə əsasən Rüstəmzadə üç ilədək həbs cəzası ala bilər.

Demokratik təmayüllü N!DA gənclər hərəkatının yeddi üzvü hazırda həbsdədir. Bunlar Məhəmməd Əzizov (20), Bəxtiyar Quliyev (20), Şahin Novruzlu (17), Rəşad Həsənov (28), Üzeyir Məmmədli (25), Rəşadət Axundov (28) və Zaur Qurbanlıdır (26).

Həbs kampaniyası təkcə gənclərlə məhdudlaşmayıb. Artan siyasi məhbuslar sırasında Müsavat təmsilçisi Tofiq Yaqubov və REAL hərəkatının lideri İlqar Məmmədov da var.

Təşkilatın press relizində deyilir ki, prezident İlham Əliyev artıq rəsmən qeydiyyatdan keçib. Yeni Azərbaycan Partiyası (YAP) avqustun 6-da lideri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Daşqın Məlikov
Daşqın Məlikov
İlham Əliyevin namizədliyi bu il iyunun 7-də partiyanın qurultayında irəli sürülüb.

Bu, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyidir. Azərbaycan Konstitusiyası 2009-cu ilədək bir nəfərin ardıcıl şəkildə iki dəfədən artıq prezidentliyə namizəd olmasını qadağan edirdi. 2009-cu ildə keçirilən referendum nəticəsində bu məhdudiyyət aradan qaldırılıb.

Təşkilat müxalifət namizədlər, jurnalistlər, demokratiya tərəfdarları, insan haqları müdafiəçilərinin təcili və şərtsiz həbsdən azad edilməsinə çağırıb.

Son zamanlar Azərbaycanda azad və ədalətli seçkilərə çağıran gənc fəallar hədəf alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG