Accessibility links

Azərbaycan silah ticarəti embarqosunu pozub?


BMT-nin məruzəsində iddia olunur ki, Azərbaycan və Qazaxıstan beynəlxalq embarqoya baxmayaraq, Şimali Koreya ilə silah ticarəti həyata keçirib. Turanın məlumatına görə, bu barədə Eurasia.net icmalçısı Coşua Kuçera yazır.

BMT-nin sözügedən məruzəsi Associated Press agentliyi tərəfindən dərc olunub. Bu məruzəyə əsasən, Azərbaycan Koreyadan torpaq-hava sinfinə qarşı zenith raketləri alıb.


Nəticədə, BMT-nin müvafiq komitəsi Şimali Koreyanın Azərbaycana 70 daşınan hava əleyhinə raket sistemi satan Hesong Trading Corporation şirkətinə qarşı sanksiya tətbiq edilməsini tövsiyə edib. Britaniyalı sahibkar Maykl Reyncer 2012-ci ilin iyulunda bu raketlərin satışında ittiham olunub. Lakin deyilənlərdən raketlərin Azərbaycana gətirilib-gətirilmədiyi aydın deyil.

Londonda məhkəmədə bu sövdələşmənin Reyncer tərəfindən aparıldığını təsdiq edən sənədlər, habelə onun Azərbaycan FHN üçün Amerikanın Bereta tapançalarının istehsalçısı ilə danışıqları dinlənilib.

Məhkəmə bu ittihamları silah ticarətinə qoyulmuş beynəlxalq embarqonun pozulmasını təsdiq etmək üçün yetərli hesab edib.

Məhkəmədə Qazaxıstan və Şimali Koreya arasında silah ticarətinə dəlalət edən digər faktlar da səslənib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG