Accessibility links

Bu gün prezident İlham Əliyev Ali Hərbi Məktəbin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Prezident hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olunub. Dövlət başçısı həmçinin bir qrup zabitə yeni mənzillərin orderlərini təqdim edib.

“Media forum” saytı AzTV-yə istinadla xəbər verir ki, prezident Əliyev mərasimdəki çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə də toxunu: “Bizim bütün imkanlarımız var ki, ərazi bütövlüyümüzü bərpa edək. Cəbhə xəttində baş verən son hadisələr bunu bir daha göstərdi. Ermənistanın bütün təxribatlarının qarşısı alındı, işğalçı qüvvələr layiqli cavablarını aldılar və Azərbaycan əsgəri, zabiti öz qəhrəmanlığını göstərdi, işğalçını yerinə oturtdu.

Əminəm ki, artıq dünya birliyi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcək. Növbəti illərdə ölkəmiz daha da güclənəcək”, - deyə o qedy edib.
Mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident

Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, iyunun 26-da ölkədə Silahlı Qüvvələr günü qeyd olunur. Ordu günü dövlət bayramları sırasındadır, iş günü deyil. Milli Ordunun yaradılması ilə bağlı ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci ildə iyunun 26-da verilib.
XS
SM
MD
LG