Accessibility links

Elmar Məmmədyarov Gürcüstana gedir


Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisiyə iki günlük səfərə gedəcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi David Kereselidze bu günkeçirdiyi brifinqdə bildirib.

“Azərbaycan bizim strateji tərəfdaşımız, ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Bizim iqtisadiyyatda, energetikada, nəqliyyatda çox ortaq nöqtələrimiz var və biz bu səfərə böyük əhəmiyyət veririk”, Kereselidze bildirib.

Onun sözlərinə görə, Məmmədyarov Gürcüstanda ölkənin siyasi rəhbərliyi ilə görüşəcək. Müzakirələrin əsas mövzusu cari və gələcək birgə layihələrdir.

XS
SM
MD
LG