Accessibility links

Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problem müzakirə edilib


Fevralın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemləri müzakirə edib.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, “Cənub qaz dəhlizi”nin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, Gürcüstan Azərbaycandan daha çox qaz almaq istəyindədir və bunun üçün hazırkı texniki imkanlar bəs etmir. Müşahidəçilər hesab edir ki, danışıqların əsas mövzusu bu məsələ ətrafında olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG