Accessibility links

Azərbaycan və Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlıq haqqında memorandum imzalayıb


Avqustun 2-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Report agentliyinin məlumatına görə, sənəd Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin bu gün Azərbaycana səfəri zamanı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə görüşün nəticəsi olaraq imzalanıb.

Görüşdə təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, o cümlədən bu sahədə fəaliyyətin səmərəli təşkili üzrə təcrübə və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılıb.

Show comments

XS
SM
MD
LG