Accessibility links

“Azərbaycanda insan alverinin bütün növləri var” [Audio-müsahibə]


Mətanət Əzizova
Mətanət Əzizova

Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova ABŞ Dövlət Departlametinin son hesabatını şərh edir

ABŞ Dövlət Departamenti 2015-ci il üçün İnsan Alverinə dair Hesabatını açıqlayıb. Amerikanın Səsinə müsahibəsində hesabatı şərh edən Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova bildirib ki, Azərbaycanın ikinci dərəcədə yer alması, ölkədə bu sahədə inkişafa doğru işarədir. Bu qrupdakı ölkələr Trafikinq Qurbanlarının Müdafiəsi Qanununa tam riayət etməsələr də, onların insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli səylər göstərdiyi hesab olunur.

Ancaq insan haqları üzrə təhlilçi deyir ki, Azərbaycanın mövqeyi reallığı əks etdirmir. “Azərbaycanda insan alverinin demək olar ki, bütün növləri var. Burada həm uşaqların, həm qadınların arasında cinsi istismar var. Burada həmçinin daha çox kişilərin arasında əmək istismarı var. Həddindən artıq çox dilənçiliyə məcbur etmə var. Yəni insan alveri termini kimi götürsək hər bir sahəni Azərbaycanda tapmaq mümkündür” – deyə Mətanət Əzizova bildirib.

please wait

No media source currently available

0:00 0:11:12 0:00

İnsan haqları müdafiəçisi hesabatın hazırlanmasında istinad olunan mənbələrə də şübhə ilə yanaşır. Onun sözlərinə görə, hazırda Azərbaycanda müstəqil QHT-lərin sayı kəskin azalıb və onlar dondurulmuş vəziyyətdə çalışırlar: “Real situasiyanı müxtəlif beynəlxalq təşkilatlara düzgün təsvir edə biləcək tanıdığım təşkilatlar, müstəqil QHT-lər ya ölkəni tərk ediblər, yaxud da ki artıq işləmirlər. Ölkə daxilində artıq ya QONQO təşkilatları, ya da Daxili İşlər Nazirliyi tərəfindən dəstəklənən QHT-lər qalıb və onlar heç vaxt deməzlər ki, ölkədə situasiya həddən artıq pisdir. Demək istədiyim odur ki, bu hesabatda real vəziyyət təsvir olunmayıb”.

Hesabatda Ermənistanın 1-ci dəstəyə (ən yaxşı dərəcə), digər bütün post-Sovet ölkələrinin isə ikinci dəstəyə salınmasından danışan Mətanət Əzizova burada bəzi siyasi motivlərin olduğunu da bildirib. Nəzərinizə çatdıraq ki, bu baxımdan, xüsusilə 13 ildir 3-cü dərəcədə olan Kubanın bu il 2-ci dəstəyə daxil edilməsi də beynəlxalq tənqidlərlə üzləşir. Qadın Krizis Mərkəzinin rəhbəri burada Gürcüstan misalını xüsusi vurğulayıb.

“Saakaşvili hakimiyyətə gələndən sonra, baxmayaraq ki, insan alverinə qarşı mübarizədə Gürcüstandakı situasiya demək olmaz ki, tam dəyişilmişdi, amma nəyəsə görə, ölkə o zaman birinci dərəcəyə daxil edildi. Onda Gürcüstanın özünün QHT-ləri narazılıq etdilər ki, bu, bir siyasi addımdır, amma real vəziyyəti göstərmək lazımdır”.

Mətanət Əzizova deyir ki, insan alveri ilə mübarizədə QHT-lər aktiv olmalıdırlar. O, Azərbaycan da daxil olmaqla, bütün ölkələrdə müstəqil QHT-lərin inkişafına daha çox maliyyə ayrılmalı olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG