Accessibility links

Vaşinqtonda Azərbaycandakı mətbuat və vətəndaş cəmiyyətinin durumu müzakirə olundu [Video]


Müzakirə iştirakçıları avtoritar hökumətlərə təzyiq göstərilməsinin vacibliyini vurğuladılar.

Martın 18-də Vaşinqtonda Freedom House, Milli Demokratiya Fondu və Açıq Cəmiyyət İnstitutu “Təqib: Azərbaycanda və Türkiyədə müstəqil mətbuat və vətəndaş cəmiyyəti” mövzusunda müzakirələr təşkil edib.

Müzakirə iştirakçılarının sırasına İstanbulda fəaliyyət göstərən bloqçu və müstəqil jurnalist, 2015-ci ildə Vatslav Havel jurnalistika təqaüdçüsü Arzu Geybullayeva, Açıq Cəmiyyət İnstitutunun Avrasiya üzrə baş siyasi təhlilçisi Cef Qoldstin, Milli Demokratiya Fondunun Yaxın Şərq və Şimali Afrika üzrə baş əməkdaşı Riçard Kramer və Freedom House-un Avrasiya üzrə əməkdaşı Neyt Şenkan daxil olub. Müzarikərəyə (RFE/RL) Azadlıq Radiosunun Rabitə Xidmətinin sədr müavini Martins Zvaners sədrlik edib.

Problem Qərbin Azərbaycan hökümətinə yetərli təzyiq göstərməməsidir. Artıq Qərbin Azərbaycana bunun belə davam edə bilməyəcini açıqca ifadə etmək zamanıdır.

İştirakçılar Azərbaycanla Türkiyədə mətbuat və vətəndaş cəmiyyətinin vəziyyətini müzakirə etdilər. Qeyd edildi ki, hər iki ölkənin rəhbərliyi dövlətləri üçün daha müasir və Avropaya inteqrasiya olunmuş gələcək istəsələr də, hökümətlər vətəndaş cəmiyyətinin üzvlərini və jurnalistləri həbs edir, media orqanları cəzalarla, həmçinin bir sıra məhudiyyətlərlə üzləşir.

Müzakirənin başlanğıcında çıxış edən Freedom House-un regional proqramlar üzrə vitse-prezidenti Robert Herman ilk olaraq İlham Əliyevin ən pis diktatorlar sırasına daxil olduğunu vurğuladı.

İştirakçılardan Cef Qoldstin Azərbaycan hökümətinə qarşı təzyiqin artırılmasına olan ehtiyac üzərində müzakirə apardı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin hakimiyyətləri dönəmində bu ölkələrdə siyasi azadlıqlar xeyli məhdudlaşdırılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin hakimiyyətləri dönəmində bu ölkələrdə siyasi azadlıqlar xeyli məhdudlaşdırılıb.

Cənab Qoldstin Azərbaycan hökümətinin son 2 ildə tətbiq etdiyi mexanizmin Rusiya və digər ölkələrdən fərqli olduğunu bildirdi. O, hökümətin Qərbə əhəmiyyət verməyərək insan haqları pozuntularına davam etməsinin üç səbəbi ola biləcəyini açıqladı. İlk səbəb, Əliyev hökümətinin insan haqları mövzusunda Qərb tərəfindən ədalətsiz münasibət gördüyünü düşünməsidir. İkincisi rəhbərliyin qorxmasıdır. Son illərdə qonşu Türkiyə və Ukrayna daxil olmaqla bir neçə ölkələrdə etiraz aksiyaları baş verib, bəziləri isə hətta hökümətlərin dəyişməsi ilə nəticələnib. Azərbaycan höküməti isə Qərbin rəngli inqilab planı hazıırladığını və Azərbaycanın da bu plana daxil olduğunu düşündüyü üçün qorxur. Son səbəb isə Rusiyanın Krımı ilhaq etməsinin Azərbaycan hökümətinə fürsət yaratmasıdır, çünki onların fikrincə Qərbin bütün diqqəti Ukraynada baş verən hadisələrə yönəlib və bu onlara istədiklərini etmək imkanı yaradır.

“Problem Qərbin Azərbaycan hökümətinə yetərli təzyiq göstərməməsidir. Artıq Qərbin Azərbaycana bunun belə davam edə bilməyəcini elan etməsinin zamanıdır,” deyə Cef Qoldstin bildirdi.

Azərbaycanın Avropaya inteqrasiya olmaq istəyib-istəmədiyi barədə suala cavab olaraq cənab Qoldstin bildirirdi ki, Azərbaycan rəhbərliyi içərisində Qərblə əlaqələrə yenidən baxılmasını istəyənlər var, lakin ümumilikdə əksəriyyət Qərb ilə, xüsusən də Avropa ilə, isti əlaqələrin saxlanılmasının tərəfdarıdır.

“Bu isə o deməkdir ki, indiyədək heç kəs onlara təzyiq göstərməyib, lakin təzyiq olunsa, hökümətin yürütdüyü siyasətdə dəyişikliklər ola bilər,” deyə Qoldstin qeyd etdi.

Hər dəfə insan haqları pozuntuları haqda narahatlığımızı ifadə edəndə, hökümət Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir və yeni müstəqil ölkə olaraq demokratiyanın inkişaf olunması üçün zamana ehtiyacı olduğunu iddia edir.

Arzu Geybullayeva 2013, əsasən də 2014-cü ilin Azərbaycan üçün çətin keçdiyini bildirdi. O, hökümətin Avroviziya ərəfəsində baş verənlərin təkrarlanmasının qarşısını almaq üçün Avropa Oyunlarından öncə təzyiqi gücləndirdiyini bildirdi.

“Hər dəfə insan haqları pozuntuları haqda narahatlığımızı ifadə edəndə, hökümət Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir və yeni müstəqil ölkə olaraq demokratiyanın inkişaf olunması üçün zamana ehtiyacı olduğunu iddia edir.”

Müzakirədə çıxış edən digər iştirakçılar Türkiyədə mətbuatın vəziyyətindən söz açdılar. Orada medianın heç bir zaman azad olmadığını, vəziyyətin 2003-2007-ci illərdə yaxşılaşdığını, lakin Ərdoğanın prezident olmasından sonra mətbuat orqanlarının daha da böyük təzyiqlərlə üzləşdiyi qeyd edildi.

XS
SM
MD
LG