Accessibility links

Politico.eu saytı Azərbaycanda insan haqlarının vəziyyətinə dair müəllif yazısı dərc edib

"Bu gün Azərbaycandan gələn xəbərlərin demək olar ki hamısı pisdir. Avqustun 9-da müstəqil jurnalist Rasim Əliyev döyülərək öldürülüb. Bir neçə gün sonra Leyla və Arif Yunus siyasi motivlərlə ittiham olunaraq uzunmüddətli həbsə məhkum edilib. Sentyabrın 1-də isə mükafat laureatı jurnalist Xədicə İsmayılova qanunsuz biznes fəaliyyətləri, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq 7,5 il müddətinə azadlıqdan məhrum edilib".

2013-cü ilin oktyabrında saxtalaşdırılmış prezident seçkisindən sonra İlham Əliyev rejimi xarici və yerli "düşmənlər"ə qarşı hücuma keçib. Müxalifət liderləri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları böhtana, təqibə məruz qalıb, onlarla dövlətin düşmənləri kimi rəftar olunub. Onların bədəli ödəməsinin növbəsi yalnız zaman məsələsi olub

Sentyabrın 23-ü Politico.eu saytında "Azərbaycanla sərt danışmağın vaxtıdır" adlı müəllif yazısı bu sözlərlə başlayır. Məqalənin müəllifləri isə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kauzlariç və Freedom House-un keçmiş direktoru Deyvid Kramerdir.

Yazıda deyilir ki, ölkədən gələn digər pis xəbər isə ATƏT-in seçkiləri müşahidə edən qurumunun noyabrın 1-də Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyəcəyini açıqlamasıdır və bu da seçkilərin ciddi müşahidədən kənarda qalacağı anlamına gəlir.

Xədicə İsmayılın araşdırılmalarından bəhs edilən məqalədə onun həbsinin ölkədə mətbuat azadlığına böyük zərbə olduğuna işarə edilir.

"2013-cü ilin oktyabrında saxtalaşdırılmış prezident seçkisindən sonra İlham Əliyev rejimi xarici və yerli "düşmənlər"ə qarşı hücuma keçib. Müxalifət liderləri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları böhtana, təqibə məruz qalıb, onlarla dövlətin düşmənləri kimi rəftar olunub. Onların bədəli ödəməsinin növbəsi yalnız zaman məsələsi olub" - deyə müəllif yazır.

Rasim Əliyevin ölümündən də bəhs edən yazıda deyilir ki, prezident İlham Əliyev bu qətli ifadə və məlumat azadlığına qarşı hədə kimi gördüyünü bildirib. Bu bəyanata baxmayaraq, hələ ki nə Rasim Əliyevin, nə də daha əvvəl qətlə yetirilən jurnalistlər Elmar Hüseynov (2005), Rafiq Tağının (2011) qatillərinin tapılmadığını deyilir.

Riçard Kauzlariç və Deyvid Kramer yazır ki, hətta ölkədən qaçanlar belə Əliyev rejiminin sərt əlini hiss etməkdədir. Meydan TV-nin direktoru, Berlində yaşayan Emin Milli ölüm hədələri aldığını deyir. Bu media orqanıyla əməkdaşlıq edənlər dindirilir.

Məqalədə ABŞ Dövlət Departamenti zəif bəyanatlarına görə tənqid edilir. Bütün baş verənləri ən güclü ifadələrlə pisləmək əvəzinə ABŞ Bakıya üç təmsilçisini – xüsusi elçi Amos Hoçşteyn, dövlət katibinin köməkçisi Riçard Hoqland və müdafiə naziri köməkçisinin müavini Evelin Farkası göndərib. Səfər zamanı Bakıda enerji, Transxəzər və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilir.

Bu çıxılmaz durumu qırmaq lazımdır. İnsan haqları pozuntularına yol verən rəsmilərə sanksiyalar qoyulmalıdır. Rejimin mərkəzi sistemi olan kütləvi korrupsiya halları araşdırılmalıdır. Siyasi məhbuslar azad edilməlidir. ABŞ və Avropa Birliyi birlikdə sözdən hərəkətə keçməlidir" - deyə müəlliflər fikirlərini tamamlayır

"İnsan haqlarının durumunun günbəgün pisləşməsinə baxmayaraq, Farkas Azərbaycanı Birləşmiş Ştatların «strateji tərəfdaşı» adlandırıb. Sakit diplomatiyanın təsiri yoxdur. ABŞ-ın insan haqları pozuntularından «dərin narahat» olduğunu göstərən bəyanatların faydası yoxdur. ABŞ-ın yüksəkrütbəli rəsmilərinin səfərləri Birləşmiş Ştatların rejimə dəstəyi kimi görünür, insan haqları pozuntularından danışanlar isə antiazərbaycançı, yaxud daha pis terminlərlə aşağılanır. Bu çıxılmaz durumu qırmaq lazımdır. İnsan haqları pozuntularına yol verən rəsmilərə sanksiyalar qoyulmalıdır. Rejimin mərkəzi sistemi olan kütləvi korrupsiya halları araşdırılmalıdır. Siyasi məhbuslar azad edilməlidir. ABŞ və Avropa Birliyi birlikdə sözdən hərəkətə keçməlidir" - deyə müəlliflər fikirlərini tamamlayır.

XS
SM
MD
LG