Accessibility links

Azərbaycanlı Çarli Çaplin amerikalıları yenidən ayağa qaldırdı [Video]


Üzeyir Novruzov

Üzeyir Novruzov

America's Got Talent şousunda çıxışını davam etdirən Üzeyir Novruzov təhlükəli nömrə ilə yadda qalıb

ABŞ-da yayımlanan ən məşhur şoulardan biri olan America's Got Talent-da çıxışını davam etdirən azərbaycanlı Üzeyir Novruzov bu gün növbəti dəfə səhnəyə çıxıb. Azərbaycanlı Çarlin Çaplin kimi tanınan Üzeyir bu dəfə də izləyiciləri heyrətləndirərək onların böyük rəğbətini qazana bilib. Belə ki, o, şouda indiyədək heç zaman səhnədə nümayiş etdirmədiyin nömrə ilə çıxış edib.

Heç bir təhlükəsizlik tədbiri görülmədən təhlükəli hündürlükdə olan nərdivanın ən yuxarı pilləsində ayaq üstə dayanaraq izləyicilərə həyacan dolu anlar yaşadıb.

Bu nömrəni daha da həyacanlı edən şounun canlı yayımlanması olub. Nyu-York şəhərinə ezam olunan əməkdaşımız Emil Quliyev də məşhur Radio City Music Hall-da keçirilən şounu canlı izləyib. Əməkdaşımızın verdiyi məlumata görə, həm münsiflər heyəti, həm də auditoriya Üzeyir Novruzovu ayaq üstə alqışlayıb. Çıxışa münasibət bildirən münsiflər heyətindən Hovard Stern Üzeyirin çıxışını izlərkən özünü Olimpiya Oyundan hiss etdiyini bildirib. O daha sonra televiziya tamaşaçılarını Üzeyirə səs verməyə çağırıb.

Nəzərinizə çatdıraq ki, artıq şounun bu mərhələsində növbəti şouya vəsiqə qazanacaq iştirakçıları münsiflər heyəti deyil, amerikalılar verdiyi səslər müəyyən edir.

Üzeyir Novruzovla müsahibəni qarşıdakı günlərdə Amerikanın Səsində izləyə bilərsiniz.

Onun son çıxışını isə buradan izləyə bilərsiniz.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG