Accessibility links

Səid Şirzadlını ETTELAAT iyunun 2-də iş yerində tutub

İranda uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan azərbaycanlı fəal həbs edilib.

APA agentliyinin məlumatına görə, Səid Şirzad İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən iyunun 2-də iş yerində (Təbriz neft emalı zavodu) tutulub. Onun harada saxlanıldığı və nə üçün həbsə alındığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, S.Şirzad 2012-ci il avqustun 21-də həmin il avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ bölgəsinə yardım apardığına görə həbs edilib. O, 19 gün həbsxanada qaldıqdan sonra ailəsinin qoyduğu 10 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi S.Şirzadı İran hakimiyyətinin əleyhinə təbliğat aparmaqda və ölkənin ali dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandıraraq bir il müddətinə azadlıqdan məhrum edib. Hökm 5 il müddətinə keçərli olmaqla şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Mövzuya uyğun

XS
SM
MD
LG