Accessibility links

Azərbaycanlı gənc Pokerdə 1.1 milyon dolları necə qazandı? [Video]


İlkin Qəribli Poker oynayarkən (c) PokerNews

İlkin Qəribli Poker oynayarkən (c) PokerNews

Yanvarın 14-də Baham adalarında keçirilən PokerStars Caribbean Adventure (PCA) 2015 turnirində iştirak edən azərbaycanlı gənc İlkin Qəribli 1-ci yeri tutaraq 1 milyon 105 min 40 dollar qazanıb. Amerikanın Səsi Cardplayer.comPokernews.com vebsaytlarına istinadən bildirir ki, 26 yaşlı İlkin 269 nəfərin iştirak etdiyi limitsiz 25 min turnirində qalib olub. Turnirin ikincisi olan Co Kuether 1 milyon 50 min, üçüncü yerin sahibi tanınmış poker oyunçusu Oleksi Xoroşenin isə 629 min 460 dollar əldə edib.

Poker mütəxəssislərinin İlkin Qəriblinin qələbəsini heyrətlə qarşılamasının başlıca səbəbi azərbaycanlı gəncin həyatında ilk dəfə poker turnirinə qatılması olub. Belə ki, İlkin PokerStars.tv-yə müsahibəsində bildirib ki, o, ümumiyyətlə bu turnirdə iştirak etməyi planlaşdırmayıb. "Mən bayram mövsümündə Baham adalarına ailəmlə birlikdə istirahət etmək üçün gəlmişdim. ABŞ-ı gəzdikdən sonra bura gəldik. Burada bilirdim ki, bəzi dostlarım PCA-də oynamaq üçün gəlirlər. Onlar mənə də dedilər ki, bir az oyna əylən. Mən də bu turnirə qoşulmağa qərar verdim. Və nəticədə nə baş verdiyini özünüz gördünüz" - deyə İlkin Qəribli müsahibəsində bildirib.

Qalib olduqdan dərhal sonra isə başqa bir müsahibəsində azərbaycanlı gənc həmin an heç bir hiss keçirmədiyini bildirib. "Bəlkə bir azdan, ya da sabah nə baş verdiyini dərk edəcəm. Onu bilirəm ki, mən bu gün ən güclülərə qarşı oynayırdım və onlar üzərində qələbə qazanmaq üçün yaxşı oynamağı bacarmaq şərtdir!"

İlkin Qəribli müsahibələrində deyib ki, növbəti Poker turnirlərinə qoşulub-qoşulmayacağını bilmir. Pokeri hobbi kimi oynadığını bildirən azərbaycanlı gənc ona peşəkat poker masalarında tez-tez rast gəlinməyəcəyini də vurğulayıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG