Accessibility links

Amerikana: Azərbaycanlı tələbə ABŞ-da universitet bitirir [Video]


May və iyun ayları ABŞ-da buraxılış mövsümü hesab edilir. Ölkə boyu buraxılış gecələri, buraxılış mərasimləri, buraxılış təntənələri təşkil edilir.

Builki məzunlar arasında azərbaycanlı Dilbər Rəsulovanın fərqlənmə diploma ilə Corc Meyson universitetini bitirməsi təntənə qeyd edilən buraxılış tədbirinə min qat fəxr qatdı. Fəlsəfə, psixologiya və fizika fənləri üzrə bakalavr dərəcəsinə yiyələnən Dilbərin arzusu gələcəkdə hüquqşünas olmaqdır.

Buraxılışları ABŞ-ın iqtisadi tənəzzül dövrünə təsadüf edən məzunlar işsizliyin yüksək olduğu bir şəraitdə iş axtarmalı olacaq. Lakin orta təhsil alanlar arasında işsizlik 30 faiz təşkil etsə də, ali təhsillilər arasında bu göstərici 8 faizdir.

Amerikada 4 illik bakalavr dərəcəsi uğrunda oğlanlar qızlarla müqayisədə ali təhsilə adətən digər ölkələrlə müqayisədə daha artıq il sərf edilir. 2000-ci ildən bəri ali təhsil alanların sayı yüksələn xətt üzrə irəliləyir.

Asiya mənşəli amerikalılar yüksək və ali təhsildə 69 faiz, ağ amerikalılar 62, ispandillilər 50, qaradərili və hindli amerikalılar isə 39 faiz təşkil edir.

Orta hesabla hər il Amerikada tələbələrin 58 faizi bakalavr, 60 faizi magistr, 48 faizi isə doktorluq dərəcəsinə yiyələnir.

Əhalinin siyahıya alınması bürosunun göstəricilərinə görə, kollec diplomu alan afrikalı mühacirlər12.5, asiyalılar 28.9, Avropa, Rusiya və kanadalı mühacirlər isə 23.1 faiz təşkil edir

Show comments

XS
SM
MD
LG