Accessibility links

Elmar Məmmədyarov Nyu Yorkda BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə dair sammitində çıxış edib

  • Azerbaijani Service

Elmar Məmmədyarov Nyu Yorkda BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə dair sammitində çıxış edib

Elmar Məmmədyarov Nyu Yorkda BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə dair sammitində çıxış edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş sammitində çıxışında Azərbaycanın yoxsulluq və xəstəliklərlə mübarizə səylərindən danışıb.

Cənab Məmmədyarov bildirib ki, Azərbaycan ərazisinin 20 faizinin işğal altında və bunun nəticəsi kimi ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan hökuməti minnilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalır. Nazir bildirib ki, Azərbaycanda son beş ildə indiyə qədər görünməməiş iqtisadi artım müşahidə olunur. O deyib ki, Azərbaycan ölkədə yoxsulluqla mübarizə sahəsində bir sıra ciddi addımlar atıb. Onun bildirdiyinə görə, Azərbaycan hökuməti neft gəlirlərindən qeyri-neft sektorunun inkişafında istifadə edilməsi səylərini davam etdirir.

Elmar Məmmmədyarov təhsil sahəsində islahatların aparıldığını qeyd edib. O, Azərbaycan hökumətinin gender bərabərliyi, uşaq ölümü, QİÇS, malyariya və başqa xəstəliklərlə mübarizə sahələrində səylərindən danışıb.

Elmar Məmmədyarov Azərbaycanın BMT çərçivəsində razılaşdırılmış məqsədlərin həyata keçirilməsinə və bütün sahələrdə qlobal tərəfdaşlığın artırılmasına öz töhfələrini verdiyini bildirib.

XS
SM
MD
LG