"Azərpoçt" MMC-nin baş direktoru bu gün həbs edilib.
Hüquq-mühafizə orqanlarından virtualaz.org saytına verilən məlumata gorə, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Saytın məlumatına görə, Q.Bəybalayev barədə artıq həbs-qətimkan tədbiri seçilib.
Bununla yanaşı, baş direktorun konkret nədə ittiham olunduğdu barədə yazılmır.
Qəmbər Bəybalayevin həbs xəbərini hələ hüquq-mühafizə orqanları da təsdiq etməyib.