Accessibility links

Azerspase-2 peyki üzrə təklif vermiş şirkətlər açıqlanıb


Kosmik peyk
Kosmik peyk

Aprelin 23-də Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satın alınması”na dair “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təklif zərfləri açılıb.

“Azərkosmos”un məlumatına görə, açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın "Orbital ATK" və "Space Systems Loral", Çinin "China Great WallIndustry Corporation" və Fransanın "Airbus Defence and Space" şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

Azerspace-2-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG