Accessibility links

Televiziya və radio kanallarının sayının mərhələli şəkildə daha da artırılması nəzərdə tutulur

İyulun 6-dan Azerspace-1 peykindən ayı-ayrı ölkələrin ingilis, rus və türkdilli olmaqla 30-dan çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanılıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, yeni kanalların qəbul tezliyi - 11094 MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/svə11135MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/s-dir.

Kanalların seçimində dil, yaş, janr qrupları və tamaşaçı kütlələrinin başlıca maraq dairələri nəzərə alınıb.

Xatırladaq ki, artıq 1 aydan çoxdur ki, Azerspace-1 peykindən Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, İctimai TV, CBC Azerbaijan, Xəzər TV və Azad Azərbaycan TV) və bır sıra farsdilli kanallar da yayımlanmaqdadır.

Hazırda, ümumilikdə Azərbaycan peykindən yayımlanan kanalların sayı 50-yə çatıb və yayımlanan televiziya və radio kanallarının sayının mərhələli şəkildə daha da artırılması nəzərdə tutulur.
XS
SM
MD
LG