Accessibility links

Qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib. Bu barədə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin məlumatında deyilir.

Öz növbəsində, ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanı ikinci telekommunikasiya peyki üçün Şimalı Amerikanın Space Systems/Loral şirkətini seçməsi münasibəri ilə təbrik edib.

“Azərbaycanın ikinci telekommunikasiya peyki, Azerspace-2 Azerspace-1 təçrübəsi və imkanları zəminində yaranacaq. Azerspace-2 vasitəsilə Azərbaycanın telekommunikasiya imkanları inkişaf edir. ABŞ səfirliyi Amerika şirkətlərinin Azərbaycanda yüksək texnologiyaların inkişafına təkan verdiyindən qürur duyur”, səfirlik Twitter səhifəsində qeyd edir.

XS
SM
MD
LG