Accessibility links

Azər Mürsəliyev: "Rusiya-Türkiyə münasibətlərində xeyli irəliləyiş olub"


Azər Mürsəliyev, Kommersant qəzetinin baş redaktoru

Azər Mürsəliyev, Kommersant qəzetinin baş redaktoru

Bu gün Rusiya dövlət başçısı Dmitri Medvedev Türkiyəyə səfər edib. Səfər çərçivəsində enerji, viza mövzuları daxil olmaqla bir çox məsələlərin müzakirə olunması gözlənilir

Rusiya prezidenti Dmitri Medvedyev Suriyaya iki günlük səfərinin ardınca bu gün Türkiyəyə gəlib. Suriyaya səfəri zamanı cənab Medvedyev prezident Bəşər Əl-Əsədlə Yaxın Şərqdə sülh və iqtisadi əməkdaşlıq məsələrini müzakirə edib. Türkiyəyə səfəri çərçivəsində də onun Türkiyə prezidenti Abdulla Gül və başqa rəsmilərlə görüşlər keçirməsi gözlənilir. 25 sənədin imzalanması nəzərdə tutulan səfər zamanı iqtisadiyyat, enerji, beynəlxalq və regiona problemlərin müzakirəsi gözlənilir.

Kommersant qəzetinin baş redaktoru Azər Mürsəliyev səfərin məqsədini belə izah edir: “Son zamanlar Rusiya-Türkiyə münasibətlərində xeyli irəliləyiş olub və əməkdaşlıq yeni səviyyəyə çatıb. Bir tərəfdən Rusiya və Türkiyəni böyük iqtisadi layihələr maraqlandırır, digər tərəfdən isə bölgə siyasəyində bu iki ölkə son zamanlar oxşar mövqeyə malikdir. Təbii ki, bir tərəfdən siyasi sabitlik, digər tərəfdən böyük enerji layihələr daimi yüksək səviyyəli görüşlər tələb edir”.

Cənab Mürsəliyev hesab edir ki, Türkiyə ilə Rusiyanın əməkdaşlıq dövrünü yaşaması həm, hər iki dövlət üçün, həm də region ölkələri üçün sərfəlidir. “İki böyük ölkənin Qafqaz bölgəsində nisbətən eyni mövqeyə gəlib çıxması özü özlüyündə çox böyük işdir və bu, Qafqazla bağlı məsələlərə çox böyük təsir göstərə bilər”-deyə Kommersant-ın baş redaktoru bildirir.

Dmitri Medvedyevin Türkiyə səfəri zamanı Qafqazda münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin gündəmdə olacağına şübhə etməyən Azər Mürsəliyev bir görüşlə nizamlama prosesində hər hansı irəliləyişi gözləməyin sadəlövlük olduğunu bildirir.

Eksperts habelə hesab edir ki, Rusiya ilə Ukrayna arasında son yaxınlaşmalar Ankara ilə Moskva arasında enerji layihələrinə mənfi təsir etməyəcək: “Rusiyanın enerji ixracatında strategiyası məlumdur və yaxın gələcəkdə dəyişilməyəcək. Ölkənin bir neçə çıxışı olmalıdır. Bu, o deməkdir ki, Ukrayna ilə münasibətlər nə qədər istiləşsə, həm Cənub axını, həm də Şimal Axını layihələri qapanmayacaq və bu proses davam edəcək”.

Azər Mürsəliyev deyir ki, Ukrayna ilə Rusiya münasibətlərinin sürətlə yaxşılaşması Rusiyanın maraqları çərçivəsindədir və hələlik Ukrayna buna konkret cavab verməyib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG