Accessibility links

Azərbaycan Əfqanıstan iqtisadiyyatının inkişafına dəstək verəcək


Azərbaycan Əfqanıstan iqtisadiyyatının inkişafına dəstək verəcək
Azərbaycan Əfqanıstan iqtisadiyyatının inkişafına dəstək verəcək

Azərbaycan Əfqanıstanla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Almaniyanın Bonn şəhərində Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Məmmədyarov konfransda çıxışında Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyən ilk ölkələrdən olduğunu deyib.

Nazir Azərbaycanın Minalar Əleyhinə Milli Agentliyinin (ANAMA) Əfqanıstanlı mütəxəssislər üçün bir sıra təlimlər keçdiyini qeyd edib. “Azərbaycan Əfqanıstanla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verir. Biz Əfqanıstanda sülhün və rifahın bərpası, eyni zamanda Əfqanıstan iqtisadiyyatının inkişaf etdirilməsi üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik”.

Nazir Məmmədyarov Bonn səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, İrlandiyanın ticarət və inkişaf üzrə Dövlət naziri xanım Yan O’Sullivanla, Portuqaliyanın xarici işlər naziri Paulo Sacadura Cabral Portasla görüşlər keçirib.

XS
SM
MD
LG