Accessibility links

Azərbaycan ABŞ-da keçiriləcək beynəlxalq festivalda təmsil olunacaq


Azərbaycan ABŞ-da keçiriləcək beynəlxalq festivalda təmsil olunacaq

Azərbaycan ABŞ-da keçiriləcək beynəlxalq festivalda təmsil olunacaq

Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Saray qızlarının rəqsi”, “İncəlik rəqsi”, “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havaları, “Şur”, “Mahur”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamları təqdim ediləcək.

Oktyabrın 14-dən 16-dək ABŞ-ın Virciniya ştatında beynəlxalq musiqi festivalı keçiriləcək.
ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin iştirak edəcəkləri festivalda Azərbaycan instrumental muğam cütlüyü-İmamyar Həsənov (kamança) və Pejman Hadadi (tonbək) ilə təmsil olunacaq.
Bu barədə AzərTAc-a məlumat verən tanınmış kamança ustası İ.Həsənov bildirib ki, “The Richmond Folk Festival”ında muğam cütlüyü Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs” C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havalarını, “Şur”, “Mahur”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarından ibarət kompozisiya təqdim edəcək.

XS
SM
MD
LG