Accessibility links

Azərbaycan-ABŞ loqosunun dizaynını hazırla və laptop kompyuter qazan!


Azərbaycan-ABŞ loqosunun dizaynını hazırla və laptop kompyuter qazan!

Azərbaycan-ABŞ loqosunun dizaynını hazırla və laptop kompyuter qazan!

Dizayn üzrə müsabiqə dekabrın 5-dək davam edəcək

Amerikanın Bakıdakı səfirliyi Azərbaycan gəncləri arasında səfirliyin ABŞ - Azərbaycan əlaqələrini önə çəkən yeni loqonun dizaynı ilə bağlı müsabiqə elan edib. Azərbaycan məktəblərində təhsil alan bütün məktəblilər yarışa qatıla bilər. ABŞ səfirliyi işçilərinin ailə üzvləri müsabiqədə iştirak etmək hüququna malik deyil. Bu barədə Amerikanın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Dizaynı birinci yeri tutan şagirdi laptopla mükafatlandırılacaq və həmin dizayn səfirliyin gələcək proqramlarda, o cümlədən tezliklə fəaliyyətə başlayacaq Facebook səhifəsində istifadə ediləcək. İkinci və üçüncü yerləri tutan dizaynlar üçün digər mükafatlar təqdim ediləcəkdir.

ABŞ və Azərbaycana xas mövzuların yaradıcı vəhdətini aydın şəkildə özündə ehtiva edən dizaynlar yüksək dərəcədə təqdir edilir (məsələn, milli rənglər, bayraqlar, mədəni rəmzlər və sairə). Qalib dizaynlar Birləşmiş Ştatlarla Azərbaycan arasındakı sıx əməkdaşlığı əks etdirmə dərəcəsi əsasında seçiləcək.

Təqdim edilən materiallar orijinal incəsənət əsəri olmalı və dizayn əvvəllər nəşr edilməməiş olmalıdır. Şagird tərəfindən yaradılmamış dizayn və komponentlərdən istifadə edilmiş yaxud qismən istifadə edilmiş təqdimatlar nəzərdən keçirilməyəcəkdir.

Bütün təqdim edilən materiallar ABŞ Səfirliyinin mülkiyyəti olacaq və səfirlik gələcəkdə dizaynı istənilən tərzdə istifadə etməklə bağlı müstəsna hüquqa malikdir.

Materiallar 2010-cu ilin 5 dekabr gecə yarısınadək yüksək rezolyusiyalı .TIF yaxud .JPG formatda BakuCulture@state.gov ünvanına göndərilməlidir. İştirakçılardan tam adlarını, yaşlarını və onlarla lazımi əlaqənin yaradılması üçün telefon nömrəsi və ya elektron ünvanlarını daxil etmək xahiş olunur.

XS
SM
MD
LG