Accessibility links

Azərbaycan alimləri mobil telefonda şüaların mənfi təsirini azaldan biokart yaradıb

A police official with several radios and mobile phones monitoring demonstrators' movements.
A police official with several radios and mobile phones monitoring demonstrators' movements.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi biokartın satışı üçün zəruri olan icazə sənədlərini verib. Vizit kartı ölçüsündə olan və cibdə gəzdirmək üçün nəzərdə tutulan yeni kartın istehsalı Azərbaycan Milli Yaradıcılıq Akademiyasının nəzdində təşkil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Texniki Universitetinin bir qrup alimi mobil telefondan istifadə zamanı elektromaqnit şüaların mənfi təsirini azaltmaq üçün nanotexnologiya sahəsinin son nailiyyətləri əsasında yeni biokart yaradıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının məlumatına görə, yeni məhsulun son illər ərzində sınaqdan keçirilməsi bir sıra müsbət nəticələri üzə çıxarıb. Belə ki, mobil telefonun insanın sağlamlığına mənfi təsir göstərən elektromaqnit şüaları kəskin azalıb. Bu azalma nəticəsində şüaların əmələ gəlməsinə sərf olunan enerji də xeyli azalıb və bu səbəbdən telefon akkumulyatorlarının boşalması müddəti 1,5-3 dəfə artıb. Elektromaqnit şüaların zəifləməsi bir çox təhlükəli xəstəliklərin törənməsi riskini də əhəmiyyətli dərəcədə azaldıb.

XS
SM
MD
LG