Accessibility links

Müzakirələrdə nəqliyyat, aviasiya, İKT, enerji, ticarət və investisiya, çirkli pulların yuyulması, terrorizmə və korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində olacaq.

Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək. İclasa Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfdən dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats sədrilik edəcək.

Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, müəllif hüquqlarının qorunması, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində komissyanən nəhayət dörd ildən sonra işini bərpa etməsini müsbət addım kimi qiymətləndirir. “İki ölkə arasındakı münasibətlər strateji əməkdaşlıdan daha çoz strateji müttəfiqliyə yaxındır. Belə halda dövlətlərarası iqtisadi komissiyanın fəaliyyəti çox intensiv olmalıdır”.

Politoloq eyni zamanda, Azərbaycanın Amerikanın bütün çağırışlarına müsbət cavab verməsini istəyir. “Amerika strateji müttəfiq kimi Azərbaycan tərəfindən ölkədə demokatiya, insan hüquqlarının qorunması və iqtisadi islahatların dərinləşdirilməsi sahəsində birgə çalışmaq üçün təkliflər gözlədiyini bəyan edir. Azərbaycan bu təşəbbüslərə müsbət cavab verməlidir”, - deyə o qeyd edib.

Cənab Şahinoğlu son dövrlər İran ətrafında gərginliyin artmaqda davam etməsinin Azərbaycan-Amerika əməkdaşlığını daha zəruri etdiyini diqqətə gətirib. “İranın Azərbaycan qarşı sərt münasibəti, ölkədə təxribat törətmək cəhdkləri rəsmi Bakını Amerika ilə münasibətlərində intensivliyinin önəmini bir daha təsdiq edir”.

XS
SM
MD
LG