Accessibility links

Azərbaycan blogerlərinin ikinci forumu keçirilib


The word Blog written in typescript letters

The word Blog written in typescript letters

Bloqosfer 2011 forumuna ötən ildən daha çox iştirakçı qatılıb. Müzakirəyə çıxarılan bütün təkliflərin hamısı qəbul olunub.

Xaçmaz rayonunun Nabran qəsəbəsində Amerika səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycan blogerlərinin ikinci Bloqosfer - 2011 forumu keçirilib.

Forum Amerika səfirliyinin maliyyə dəstəyi ilə İnformasiya texnologiyaları, İnternet və media, Barkamp Azərbaycan və Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunub.

İnternet və media təşkilatının rəhbəri Azər Nəzərov bildirib ki, “Bloqosfer 2011” forumuna ötən ildən daha çox iştirakçı qatılıb. “Müzakirəyə çıxarılan bütün təkliflərin hamısı qəbul olundu. Biz də təşkilatçı olaraq çalışacağıq ki, qısa zamanda bu təklifləri aidiyatı qurumlara göndərək. Ötən ilki forumda 20 belə təklif hazırlanıb”.

XS
SM
MD
LG