Accessibility links

Azərbaycan Boks Federasiyasının prezidenti BBC-nin informasiyasını böhtan adlandırıb


Azərbaycan Boks Federasiyasının prezidenti BBC-nin informasiyasını böhtan adlandırıb
Azərbaycan Boks Federasiyasının prezidenti BBC-nin informasiyasını böhtan adlandırıb

Kəmaləddin Heydərov bildirib ki, BBC-nin yaydığı məlumatın böhtan olması ilə bağlı Azərbaycan tərəfində və Beynəlxalq Federasiyada sübutlar var. “Yalan məlumatı yayanlar buna görə cavab verməlidir”.

Azərbaycan Boks Federasiyasının prezidenti və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov BBC telekanalının proqramında yayılan informasiyanı “qeyri-ciddi” və “böhtan xarakterli” adlandırıb. Məlumatda Beynəlxalq Boks Federasiyasının (AİBA) Azərbaycanın xeyrinə qanunsuz sövdələşməsindən danışılır. Cənab Heydərov Azərbaycan jurnalistlərinə müsahibəsində bildirib ki, BBC-nin yaydığı məlumatın böhtan olması ilə bağlı Azərbaycan tərəfində və Beynəlxalq Federasiyada sübutlar var. “Yalan məlumatı yayanlar buna görə cavab verməlidir”.

O həmçinin hesab edir ki, son illər AİBA korrupsiyaya qarşı və şəffaflığın artırılması ilə bağlı ciddi tədbirlər həyata keçirir. Eyni zamanda, cənab Heydərov BBC-nin materialını yayan müxalifət mətbuatını vətənpərvər olmamaqda ittiham edib. O, müxalifət KİV-nin hər zaman xaricdə Azərbaycan haqqında yazılan böhtan dolu materialları göydə tutmasından şikayətlənib. Cənab Heydərov hesab edir ki, Azərbaycanın imicinə dair məsələlərdə hakimiyyət və müxalifət bölgüsü olmamalıdır.

Ötən həftə BBC-nin proqramında bildirilib ki, AİBA London Olimpiadasında Azərbaycan yığmasının 2 qızıl medal qazanmasının təmin olunması üçün hansısa özəl investorlardan 9 mln. dollar pul alıb. Guya, bu məsələdə vasitəçilər Kəmaləddin Heydərov və onun köməkçisidir.

XS
SM
MD
LG