Accessibility links

Azərbaycan cəbhə xəttində hərbi təlim keçirir


Azərbaycan cəbhə xəttində hərbi təlim keçirir

Azərbaycan cəbhə xəttində hərbi təlim keçirir

Bu gün yerli vaxtla saat 09.45 radələrindən Ağdam və Tərtər rayonlarının üzərində Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr 20 dəqiqəyə yaxın davam edən təlim xarakterli uçuşlar edib. Daha sonra isə 5 hərbi helikopter Tərtər, Ağdam və Bərdədə alçaq məsafədən uçmaqla təlimləri davam etdirib.

Azərbaycan cəbhə xəttində hərbi təlim keçirir. ANS PRESS agentliyinin məlumatına görə, bu gün saat 09.45 radələrindən Ağdam və Tərtər rayonlarının üzərində Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr 20 dəqiqəyə yaxın davam edən təlim xarakterli uçuşlar edib. Daha sonra isə 5 hərbi helikopter Tərtər, Ağdam və Bərdədə alçaq məsafədən uçmaqla təlimləri davam etdirib. Əməliyyat saat 10.30 radələrində başa çatıb.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dünəndən cəbhə bölgəsindədir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu cəbhə bölgəsində təlimlər keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, təlimləri müdafiə naziri Səfər Əbiyev şəxsən izləyir.

XS
SM
MD
LG