Accessibility links

Azərbaycanda Çernobıl qəzasında zərər çəkənlərə maddi yardım göstərilir


Azərbaycanda Çernobıl qəzasında zərər çəkənlərə maddi yardım göstərilir
Azərbaycanda Çernobıl qəzasında zərər çəkənlərə maddi yardım göstərilir

1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı zərər çəkib, ötən müddət ərzində onların bir çoxu dünyasını dəyişib.

Azərbaycan prezidenti İlham Əliyev Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ildönümü ilə əlaqədar Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə iki yüz manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb.

Maddi yardımın göstərilməsi məqsədi ilə prezident ehtiyat fondundan bir milyon yüz min manat vəsait ayrılıb.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı zərər çəkib, ötən müddət ərzində onların bir çoxu dünyasını dəyişib.



XS
SM
MD
LG