Accessibility links

Azərbaycan Cənubi Osetiyada prezident seçkilərini tanımır


Azərbaycan Cənubi Osetiyada prezident seçkilərini tanımır
Azərbaycan Cənubi Osetiyada prezident seçkilərini tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi münaqişənin danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 13 noyabr 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

XS
SM
MD
LG