Accessibility links

Azərbaycan daxili işlər naziri Yerevana gedib


Azərbaycan daxili işlər naziri Yerevana gedib

Azərbaycan daxili işlər naziri Yerevana gedib

İkigünlük iclas zamanı forum iştirakçıları transmilli cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizədə və bu sahədə dövlətlərarası proqramların reallaşmasında əməkdaşlıq konsepsiyasını müzakirə edəcək.

Azərbaycan daxili işlər naziri Ramil Usubov Ermənistana gedib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Usubov MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Yerevanda keçirilən iclasında iştirak edəcək. İkigünlük iclas zamanı forum iştirakçıları transmilli cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizədə və bu sahədə dövlətlərarası proqramların reallaşmasında əməkdaşlıq konsepsiyasını müzakirə edəcək. Nazirlər həmçinin cinayətlər üzrə maddi sübut kimi narkotik maddələrin və odlu silahların göndərilməsi qaydaları haqda protokolu müzakirə edəcək.

XS
SM
MD
LG