Accessibility links

Azərbaycan Daxili İşlər Nazirliyi İran mediasını təkzib edir


Azərbaycan Daxili İşlər Nazirliyi İran mediasını təkzib edir

Azərbaycan Daxili İşlər Nazirliyi İran mediasını təkzib edir

Azərbaycan Daxili İşlər Nazitrliyi bəyan edir ki, polis general-mayoru Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də iddia olunduğu kimi toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın ünvanına heç bir fikir səsləndirməyib.

Azərbaycan Daxili İşlər Nazirliyi İranın yarımrəsmi “Fars” agentliyinin bu ilin iyunun 16-17-də İranın Bəndər Ənzəli şəhərində Xəzər dənizi hövzəsi ölkələrinin ekspertlərinin narkotiklərlə mübarizə məsələlərinə dair ikinci görüşü ilə bağlı verilən məluamtları təkzib edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bəzi media orqanları İranın yarımrəsmi “Fars” agentliyinin adı çəkilən toplantı barədə verdiyi xəbərə istinadən məlumat yayıb ki, guya həmin müşavirədə çıxışı zamanı Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov ABŞ-ın ünvanına şok ittihamlar səsləndirərək bu ölkənin dünyada narkotik ticarətini himayə edən əsas güc olduğunu və Birləşmiş Ştatların bir çox yüksək rütbəli dövlət rəsmilərinin narkotik ticarətini himayə etdiyini bildirib.
”Azərbaycan Daxili İşlər Nazitrliyi bəyan edir ki, polis general-mayoru Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də iddia olunduğu kimi toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın ünvanına heç bir fikir səsləndirməyib.
Bu səbəbdən, Azərbaycan Daxili İşlər Nazirliyi bəzi mətbuat orqanlarında Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin adından getmiş təxribat xarakterli, dost və strateji müttəfiq ölkə olan Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan, bu fikirləri qəti şəkildə təkzib edir”, deyə məluamtında qeyd edilir.
Daxili İşlər Nazirliyi hesab edir ki, bu cür məlumatlar İranla Azərbaycan arasındakı mövcud mehriban qonşuluq və dostluq siyasəti ilə uzlaşmayan bir mövqe nümayiş etdirir.

XS
SM
MD
LG