Accessibility links

Azərbaycan dünyada ən çox qaçqın olan ölkələrdən biridir


Dağıdılmış Ağdamdan şəkil

Dağıdılmış Ağdamdan şəkil

Amerikada yaşayan azərbaycanlı icmasınınn üzvləri Ümumdünya Qaçqınlar günü ABŞ prezidenti Barak Obama və Konqres üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çağırışı ilə məktub göndərib.

ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN məktub kampaniyasına bu ayın əvvəlindən başlayıb. Bu, artıq dördüncü ildir ki, Amerika azərbaycanlıları Ümumdünya Qaçqınlar günü ABŞ liderləri və qanuvericilərin diqqətini Azərbaycanda qaçqınların problemi və Dağlıq Qarabağ münaqiləsinin nizamlanmasının vacibliyinə yönəltmək üçün məktub kampaniyası keçirir.

Məktubda icma üzvləri Obama administrasiyası və ABŞ Konqresini Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və bütün qaçqınların öz evlərinə qayıtmasına yardım etməyə çağırır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG