Accessibility links

Azərbaycan Ermənistana yanacaq nəql edən magistral kəmərin özəlləşdirilməsində iştirak edəcək


Azərbaycan Ermənistana yanacaq nəql edən magistral kəmərin özəlləşdirilməsində iştirak edəcək
Azərbaycan Ermənistana yanacaq nəql edən magistral kəmərin özəlləşdirilməsində iştirak edəcək

Neft şirkətinin indiyədək Gürcüstana 500 milyon dollardan çox sərmayə yatırıb. Tbilisi istisna olmaqla, Gürcüstanın qazpaylayıcı şəbəkəsi Dövlət Neft Şirkətinin idarəçiliyinə verilib

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın qaz şəbəkəsinə tam nəzarət etmək niyyətindədir və Ermənistana yanacaq nəql edən magistral kəmərin özəlləşdirilməsində də iştirak edəcək. Bu barədə ANS-ə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
"İndi Gürcüstanın neft korporasiyası ilə danışıqlar aparılır ki, onu əldə edək. Bu boru kəməri özəlləşməyə çıxarılana və ya idarəetməyə verilənə qədər biz onu almağa hazır olacağıq", - deyə cənab Abdullayev vurğulayıb.
Neft şirkətinin indiyədək Gürcüstana 500 milyon dollardan çox sərmayə yatırdığını deyən qurumun rəhbəri qeyd edib ki, Tbilisi istisna olmaqla, Gürcüstanın qazpaylayıcı şəbəkəsi Dövlət Neft Şirkətinin idarəçiliyinə verilib. Bu işlər Azərbaycanın ixrac imkanlarını artırır. "Bilirsiniz ki, bizim qaz ehtiyatlarımız kifayət qədər artıb və onun nəqli imkanları nəzərdən keçirilir. Artıq AGRİ layihəsi (Azərbaycan-Rumıniya-Gürcüstan sıxılmış qaz layihəsi) üzərində iş gedir. Biz bu gün əlavə kəmər tikmədən, Gürcüstan və Azərbaycanın qaz şəbəkələrində işlər görməklə, qazın xarici bazarlara çıxarılması ımkanlarını öyrənirik”.

XS
SM
MD
LG