Accessibility links

Azərbaycanı Eurovision 2012-də təmsil edəcək mahnı təqdim edildi

  • Azerbaijani Service

Azərbaycanın Eurovision-2012 mahnı müsabiqəsində təmsilçisi Səbinə Babayevanın ifa edəcəyi mahnı təqdim edib. Bu, “When the Music Dies mahnısıdır.

Mahnının təqdimatı ilə yanaşı Azərbaycanın təmsilçisinin Eurovision-2012 veb saytında rəsmi səhifəsinin də açılışı olub.

Lirik dramatik janrda olan “When the Music Dies” mahnısı acı məhəbbət hekayəsindən bəhs edir. Mahnının musiqisindəki emosional vurğuların Səbinə Babayevanın güclü səsinə uyğun olduğu deyilir.

Mahnıın musiqisində müasir Avropa və Azərbaycan xalq musiqisinin unikal sintezi yaradılıb. Mahnının studiyada yazısı zamanı Azərbaycanlı musiqiçiilər Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev, Yaşar Baxış və muğam ustadı Alim Qasımov iştirak ediblər.

Mahnının müəllifləri Stefan Örn, Anders Baqqe, Yohan Kronlund və Sandra Buyrmandır. Stefan Örn və Sandra Byurman Eurovision 2011-də Azərbaycana qələbə gətirən “Running Scared” mahnısının müəllifləridirlər.

Mahnının müəlliflərindən biri Anders Baqqe Madonna, Maykl Cekson, Sanatan, Cennifer Lopez, Selin Dion və Enriko İqlesias kimi dünya şöhrətli musiqiçilərlə işləyib.

“When the Music Dies” mahnısının ingilis dilində orijinal variantı ilə yanaşı, Azərbaycan dilində tərcüməsi də olacaq.

Səbinə Babayevanın Eurovision-2012-də ifa edəcəyi “When the Music Dies” mahnısının rəsmi videosu martın 19-da təqdim ediləcək.

XS
SM
MD
LG