Accessibility links

Azərbaycan Fələstini beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcək


Azərbaycan Fələstini beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcək

Azərbaycan Fələstini beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcək

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, regional vəziyyət, Fələstin-İsrail münaqişəsi ilə bağlı çox səmimi, açıq və konstruktiv danışıqlar aparılıb. “Biz bu problemə qarşılıqlı anlayış nümayiş etdiririk. Bayaq qeyd etdiyim kimi, biz sizi beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcəyik və üzərimizə düşən nədirsə onu edəcəyik”.

Fələstin lideri Mahmud Abbas Bakıda səfərdədəir.

Azərbaycan prezidentinin rəsmi satytının məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Fələstin Dövlətinin prezidenti Mahmud Abbas arasında təkbətək və geniş tərkibdə danışıqlar olub.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, regional vəziyyət, Fələstin-İsrail münaqişəsi ilə bağlı çox səmimi, açıq və konstruktiv danışıqlar aparılıb. “Biz bu problemə qarşılıqlı anlayış nümayiş etdiririk. Bayaq qeyd etdiyim kimi, biz sizi beynəlxalq təşkilatlarda dəstəkləməkdə davam edəcəyik və üzərimizə düşən nədirsə onu edəcəyik”.

Prezuident Əliyev eyni zamanda, ikitərəfli əlaqələrin genişləndirməsinə ümid edir və ona yeni miqyas vermək niyyətindədir. “Hesab edirəm ki, daha çox mədəniyyət sahəsində ünsiyyətlərimizi artırmaq, o cümlədən iqtisadi əməkdaşlıq, potensial investisiya layihələri və təbii ki, siyasi dialoqu gücləndirmək üçün yaxşı imkanlar vardır”.

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas Azərbaycana ilk səfərində məmnun olduğunu və səfərlərinin sayının artçasına çalışacağını bildirib. “Biz bütün məsələləri, xüsusilə də ölkəmizin BMT-yə tamhüquqlu üzv dövlət olması ilə bağlı apardığımız fəaliyyəti və danışıqları müzakirə etdik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG