Accessibility links

Azərbaycan Fransaya narahatlığını bildirib


Azərbaycan Fransaya narahatlığını bildirib

Azərbaycan Fransaya narahatlığını bildirib

Azərbaycan Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edən qanunun qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini deyib.

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xarici İşlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 23 yanvar 2012-ci ildə Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edib və belə qanun layihəsinin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini diqqətə çatdırıb.
Səfir Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu qeyd edib və Azərbaycan tərəfinin mövqeyini Fransa hökumətinə çatdıracağını bildirib.
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri Necdet Ünüvar rəsmi Bakının, siyasi partiyaların və vətəndaş cəmiyyətinin bu məsələ ilə bağlı mövqeyindən razılığını bildirib və Türkiyə ilə həmrəylik üçün təşəkkür edib.

XS
SM
MD
LG