Accessibility links

Azərbaycan iqtidarı vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa başlayır


Eli-Hesenov
Eli-Hesenov
Azərbaycan iqtidarı vətəndaş cəmiyyəti və siyasi partiyalarla dialoqa başlayacaq.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, qeyri-hökumət təşkilatları ilə görüş iyulun əvvəllərində olacaq. Görüşə ziyalılar da dəvət ediləcək.
“Bu görüşdə QHT-lərin dialoq çağırışları, cəmiyyətdə insanların istək və arzuları, insan hüquqları, siyasi hüquqlar və digər sahələrdə mövcud vəziyyət, onun təqdimatı və digər məsələlər ətrafında müzakirələr aparacağıq”, - o qeyd edib.
O, müxalifət və siyasi partiyalarla da görüşün nəzərdə tutulduğunu bildirib. “Siyasi partiyalarla 2013-cü il prezident seçkiləri və bu seçkilərə gedən proseslər çərçivəsində, siyasi partiyalar haqqında qəbul edilmiş yeni qanun və ondan sonrakı fəaliyyət prinsipləri, siyasi partiyaların dövlət maliyyələşməsi və bunun cəmiyyətdə yaratdığı siyasi reallıqlar ətrafında “dəyirmi masa” keçirmək haqqında düşünürük”, - şöbə müdiri vurğulayıb.
XS
SM
MD
LG