Accessibility links

Azərbaycan korrupsiya indeksinə görə, 178 ölkə arasında 134-cü yeri bölüşür


Azərbaycan korrupsiya indeksinə görə, 178 ölkə arasında 134-cü yeri bölüşür

Azərbaycan korrupsiya indeksinə görə, 178 ölkə arasında 134-cü yeri bölüşür

Sənəddə deyilir ki, korrupsiya hələ də cəmiyyət üçün problemlərdən biri hesab edilir və hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasından əmin olmalıdır

Bu il Azərbaycan 178 ölkə arasında 134-cü sırada yer alıb. Azərbaycanın göstəricisi ötən il müqayisədə irəliləyib. Bu barədə “Transparency İnternational” təşkilatının 2010-cu il üçün Korrupsiya Qavrama İndeksinin təqdimatı zamanı deyilib.

Azərbaycan 2007-ci ildə 180 ölkə arasında 150-ci sırada, 2008-ci ildə 180 ölkə arasında 159-cu sırada yer almışdı. “Bu isə korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul edilən qanunların icrası zamanı qarşıya çıxan problemlərlə izah olunurdu”, - deyə “Şəffaflıq Azərbaycan” Korrupsiya Qarşı Mübarizə İctimai Birliyinin məlumatında deyilir.

Təşkilat bildirir ki, ötən il olduğu kimi bu il də Azərbaycanın göstəricisində yüksəliş qeydə alınıb. “Bunu hökumətin biznes mühitinin inkişafı məqsədi ilə götürdüyü bir sıra öhdəliklərin nəticəsi olaraq göstərmək olar. Ölkə həmçinin Dünya Bankı tərəfindən keçirilən Doing Business tədqiqatının nəticələrinə görə 2007-2008-ci illər üçün 10 ən yaxşı islahatçı ölkə sırasında qeyd olunub. Bu ilki irəliləyişin əsas səbəbi kimi ölkədə maliyyə nəzarət idarələrinin təşkil edilməsi, eyni zamanda dövlət idarəçiliyi və bələdiyyə mülklərinin idarə olunmasında korrupsiya ilə əlaqədar əməkdaşlığın və koordinasiyanın gücləndirilməsini göstərmək olar”.

Təşkilat eyni zamanda qeyd edir ki, korrupsiya hələ də cəmiyyət üçün problemlərdən biri hesab edilir və hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasından əmin olmalıdır. “Korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslər özlərini heç də tam təhlükəsiz hesab etmirlər və bu halın aradan qaldırılması, insanların özlərini daha təhlükəsiz hiss edə bilmələri üçün qanunvericilik bazası yaradılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi vacibdir. Bundan əlavə istehlakçıların hüquqlarının qorunması əhəmiyyət kəsb edir, xüsusən burada kommunal xidmətlər sahəsində (qaz, işıq və su kimi) təbii monopoliya tərəfindən göstərilən xidmətlərdən istifadə edən istehlakçıların maraqları nəzərə alınmalıdır. Əsas məqsəd vətəndaşların bu dəyişiklikləri gündəlik həyatlarında hiss etmələrini təmin etməkdir”.

Təşkilat hesab edir ki, bir sıra qanunlar və normativ hüquqi aktlar qəbul olunmalıdır. “Maraqların toqquşması, hüquqi şəxslərin cinayət məsuliyyəti, korrupsiya şahidlərinin (whistleblover) qorunması, dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəzanın tətbiq olunması, dövlət məmurlarının maliyyə xarakterli məlumatların verilməsi ilə bağlı qanunvericilik aktları qəbul edilməlidir. Vətəndaş cəmiyyəti tərəfindən yeni qəbul edilmiş qaydalarının monitorinqinin aparılması dəstəklənməlidir”, deyə təşkilatın məlumatında qeyd edilir.

XS
SM
MD
LG