Accessibility links

Azərbaycan məhkəməsi jurnalisti girov müqabilində həbsdən azad etməkdən imtina edib


Eynulla Fətullayev
Eynulla Fətullayev

Bakı Apellyasiya Məhkəməsi jurnalistin şikayətinə baxışa başlayıb və məhkəmə prosesini qeyri-müəyyən müddətə təxirə salıb

Bakı Apellyasiya Məhkəməsi jurnalist Eynulla Fətullayevin Qaradağ rayon məhkəməsindən qərarından şikayətinin baxışına başlayıb. Qaradağ məhkəməsi jurnalisti narkotik saxlama ittihamı ilə iki il yarım azadlıqdan məhrum edib.

Cənab Fətullayev 2007-ci ilin aprelində Yasamal Rayon Məhkəməsinin qərarı ilə Xocalı faciəsi haqqında böhtanda ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra, Fətullayevə qarşı terrorla hədələmə, xidməti vəzifəsindən istifadə edərək milli ədavətin qızışdırma, vergidən yayınma ittihamları irəli sürülüb və o, 2007-ci ilin oktyabrında 8,5 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik saxlamaqda təqsirli bilərək 2 il 6 ay həbsə məhkum edib.

Bu gün Bakı Apellyasiya Məhkəməsi Qaradağ rayon məhkəməsinin qərarından şikayətə baxıb və məhkəmə prosesini qeyri-müəyyən vaxtadək təxirə salıb. Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin aprelində jurnalistin həbsdən dərhal azad edilməsi barədə qəbul edib. Bu ilin noyabrında Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa Məhkəməsinin qərarının icrası barədə qərara qəbul edib. Lakin, Ali Məhkəmənin qərarı narkotik ittihamına tətbiq edilməyib və beləliklə jurnalistin daha 2 il həbsdə qalacağı bildirilib.

Bu günki, məhkəmə baxışı zamanı hakim jurnalisti girov müqabilində azad etməkdən və həbsini ev dustaqlığı ilə əvəzləməkdən imtina edib. Vəkil Elçin Sadıqov “Amerikanın səsi” radiosuna müsahibəsində Eynulla Fətullayevin həbsdə saxlanması üçün hüquqi əsas olmadığını deyib. Onun fikrincə, jurnalistin azadlığa buraxılması siyasi iradən asılı qalıb. Cənab Sadıqov ironiya ilə fikrini belə izah edib: “Azərbaycan hökuməti Salyan rayon məhkəməsinin qərarını yerinə yetirir, Avropa Məhkəməsinin qərarını yerinə yetirmir”.

XS
SM
MD
LG