Accessibility links

Azərbaycan müdafiə naziri NATO qərargahında Əfqanıstanla bağlı müzakirələrdə iştirak edib


Azərbaycan müdafiə naziri NATO qərargahında Əfqanıstanla bağlı müzakirələrdə iştirak edib

Azərbaycan müdafiə naziri NATO qərargahında Əfqanıstanla bağlı müzakirələrdə iştirak edib

Görüş zamanı nazirlər ISAF əməliyyatının hazırkı vəziyyətini, o cümlədən rəhbər rolun Əfqan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, Əfqan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə Brüssel şəhərində NATO Mərkəzi Qərargahında keçirilmiş görüşündə iştirak edib.

Azərbaycanın NATO yanında nümayəndəliyinin məlumatına görə, görüş zamanı nazirlər ISAF əməliyyatının hazırkı vəziyyətini, o cümlədən rəhbər rolun Əfqan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, Əfqan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıb. Həmçinin iclasda Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilib.

Nazir Səfər Əbiyev Brüsselə səfəri çərçivəsində NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Apaturayla görüşüb. Görüşdə tərəflər Azərbaycan-NATO münasibətlərini, NATO ilə qarşılıqlı operativ uzlaşmanın artırılması, Azərbaycanın ISAF əməliyyatına töhfəsi ilə bağlı məsələləri müzakirə edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində nazir Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə də görüş keçirib və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

XS
SM
MD
LG