Accessibility links

Azərbaycan ordusunun hərbiçisi həlak olub


Azərbaycan ordusunun hərbiçisi həlak olub

Azərbaycan ordusunun hərbiçisi həlak olub

Hərbçinin əmisi Vilayət Ağayev bildirib ki, Samir müddətdən artıq hərbi xidmət keçən hərbiçi olub. Mərhumun 25 yaşı vardı və Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılıb

Ermənistanın silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun hərbçisi həlak olub. Hadisə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin ətrafında, qoşunların təmas xəttində baş verib. Erməni hərbiçilərinin açdığı atəş nəticəsində hərbiçi Ağayev Samir Hidayət oğlu şəhid olub.

Həlak olan hərbçinin əmisi Vilayət Ağayev musavat.com saytına bildirib ki, Samir müddətdən artıq hərbi xidmət keçən hərbiçi olub. “Mərhumun 25 yaşı vardı və Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılmışdı”.

Bu gün Samir Ağayev Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində dəfn edilib.

XS
SM
MD
LG