Accessibility links

Azərbaycan ordusunun əsgəri həlak olub


Azərbaycan ordusunun əsgəri həlak olub
Azərbaycan ordusunun əsgəri həlak olub

Əsgər Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs rejiminin pozulması zamanı öldürülüb

Azərbaycan Ordusunu daha bir əsgəri həlak olub. ANSPRESS Agentliyinin məlumatına görə, Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər istiqamətində Silahlı Qüvvələrin əsgəri Elnur Məmmədov şəhid olub. Füzuli rayonundan məcburi köçkün olan 1991-ci il təvəllüdlü Elnur 2010-ci ilin yanvar ayında hərbi xidmətə çağırıb. Agentlik əsgərin snayper atəşi ilə həlak olduğunu yazıb.
Əsgərin anası anası Bahar Əliyevanın sözlərinə görə, 20 yaşlı oğlu Elnur düşmən snayperinin gülləsinə tuş gəlib.
Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti əsgərin Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində şəhid olduğunu bildirib.

XS
SM
MD
LG