Accessibility links

Azərbaycan əsgəri Ermənistan-Azərbaycan cəhbəsində atəşkəsin pozulması nəticəsində yaralanıb

Ermənistan - Azərbaycan cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusnun bir əsgəri ağır yaralanıb.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 6-da Ermənistan silahlı bölmələrinin Azərbaycanın işğal altında olan Ağdam rayonunun Mərzili kəndi ərazisindən açdığı atəş nəticəsində əsgər Ülvi Hüseynov döş nahiyəsindən və sağ qolundan yaralanıb. Əsgərin vəziyyəti ağırdır.
Ülvi Hüseynov 2010-cu ilin yanvarında Bakının Qaradağ Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

XS
SM
MD
LG