Accessibility links

Azərbaycan Pakistana humanitar yardımlar göndərir


Azərbaycan Pakistana humanitar yardımlar göndərir

Azərbaycan Pakistana humanitar yardımlar göndərir

Azərbaycan Pakistanda fəlakət qurbanlarına maliyyə, ərzaq və dərman yardımı göstərir

Pakistanda təbii fəlakətdən zərər çəkmiş insanlara yardımın göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan 1 milyon ABŞ dolları məbləğində yardıma əlavə olaraq, daha 1 milyon ABŞ dolları yardım ayırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bundan əlavə, avqustun 27-də Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən ayrılmış ümumi çəkisi 40 ton, dəyəri 460 min ABŞ dolları olan qida məhsulları, geyim və məişətdə istifadə edilən digər zəruri mallarla yüklənmiş təyyarə Pakistana göndərilib.
Avqustun 29-da isə növbəti təyyarə ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin ayırdığı 140 min dollar məbləğində qida məhsulları, geyim və dərman preparatlarından ibarət yük Pakistana yola salınacaq.
Azərbaycan 2004-cü ildə Pakistanda baş vermiş zəlzələ zamanı da maddi, humanitar yardım göstərmişdi və 40 nəfər həkim və xilasedicilərdən ibarət heyət göndərmişdi. Eyni zamanda, Pakistanda zəlzələ bölgəsində məktəb binası inşa etmişdi.

XS
SM
MD
LG