Accessibility links

Azərbaycan polisi qətliam qurbanlarının xatirə mərasimini dağıtdı

  • Asgar Asgarov

Baku rally Oil Academy

Baku rally Oil Academy

Çoxsaylı insan saxlanıb, 10 nəfər inzibati məsuliyyətinə cəlb edilib.

Azərbaycan Dövlət Neft Akademiyasında terror qurbanlarının bu gün ildönümüdür. Hökumətin xatirə günü elan etməməsi narazılıqla müşayiət edilib. Onlarla gənc “Terrora yox!”, “30 Aprel - Matəm elan edilsin!” şüarları ilə anım mərasimi keçirməyə cəhd edib. Çoxsaylı insan saxlanıb, 10 nəfər inzibati məsuliyyətinə cəlb edilib.

İnsanların faciənin baş verdiyi yerə gül qoymasına da imkan verilməyib. Əlində gül tutanlar akademiyanın ətrafından uzaqlaşdırılıb.

Etirazçılar arasında olan deputat Pənah Hüseyn aksiyasının qarşısının alınmasını qanunsuzluq kimi qiymətləndirib. Onun fikrincə, mövcud rejim hətta matəm mərasiminin keçirilməsindən belə çəkinir.

Neft Akademiyasında isə terror qurbanı olan tələbə və müəllimlərin şəkilləri asılıb. Təhsil naziri Misir Mərdanov akademiya kollektivi ilə birgə terror qurbanlarının xatirəsini yad edib. Nazir Mərdanov bildirib ki, terror qurbanlarının xatirəsi əbədiləşdiriləcək.

Cənab Mərdanov eyni zamanda ictimaiyyəti terrora qarşı mübarizəyə çağırıb. Onun dediyinə görə, bütün təhsil müəssisələrində təhlükəsizlik gücləndirib. “terrora qarşı bütün ictimaiyyət diqqətli olmalıdır”.

Azərbaycan Dövlət Neft Akademiyasında terror törədənlərin hazırda məhkəməsi davam edir. 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının 12 tələbəsini öldürüb və sonra özünü güllələyib. Terrorun törədilməsində Fərda Qədirova kömək edən 4 Gürcüstan vətəndaşı məhkəmə qarşısındadır.

Azərbaycan hüquq-mühafizə orqanları terrorun sifarişçisi - erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirlərini isə davam etdirir. Onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

İstintaq materiallarına görə, Mardun Qumaşyan Fərda Qədirovla terrorun törədilməsini 50 min dollar müqabilində sövdələşib. O Fərda Qədirova Tbilisidə silah dükanından “Makarov” tipli tapança və 200 patron alıb verib.

XS
SM
MD
LG