Accessibility links

Azərbaycan prezidenti Amerika xalqını təbrik edib


Azərbaycan prezidenti Amerika xalqını təbrik edib
Azərbaycan prezidenti Amerika xalqını təbrik edib

Təbrikdə deyilir ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir.

Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu barədə Azərbaycan prezidentiİlham Əliyevin Amerikanın müstəqillik günü münasibəti ilə prezident Barak Obamaya göndərdiyi teleqramda deyilir.

Teleqramda deyilir ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. “İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik. Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələrin, demokratik, hüquqi dövlət quruculuğu xəttinin gerçəkləşməsi yolunda əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
Prezident Əliyev hesab edir ki, Birləşmiş Ştatların regionda sülhün, sabitliyin bərqərar olmasında marağı Azərbaycan üçün çox əhəmiyyətlidir. “Ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə öz bəhrəsini verəcəyinə böyük ümidlər bəsləyirik”, - deyə teleqramda qeyd edilir.

XS
SM
MD
LG